Ölkə

1-ci Ordu korpusun komandiri MƏLUM OLDU

1-ci Ordu korpusun komandiri MƏLUM OLDUbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət öncə 1-ci Ordu korpusu komandiri vəzifəsindən azad olunan general-mayor Hikmət Həsənov xidmətini Silahlı Qüvvələrin Hərbi Akademiyasında davam etdirir. Hikmət Həsənovu 1-ci Ordu korpusu komandiri vəzifəsində kimin əvəzlədiyinə gəlincə, bu haqda bir neçə dəfə təsdiqlənməmiş qeyri-rəsmi informasiya dərc edilib. Bu günlərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində keçirilmiş 15 iyun – Milli Qurtuluş günü münasibətilə keçirilən tədbir 1-ci Ordu korpusu komandirinin kim olduğuna aydınlıq gətiririlib.

7Times.az xəbər verir ki, tədbirdə iştirakçılara polkovnik Qiyas Abbasov  1-ci Ordu korpusu komandiri olaraq təqdim edilib.

Hərbi mənbələrin məlumatına görə, polkovnik Qiyas Abbasov daha əvvəl 3-cü Ordu Korpusunun komandir müavini vəzifəsində xidmət edib.

Onun general-mayor Hikmət Həsənova yaxın hərbi kadr olduğu qeyd edilir.

Əslən Ağcabədi rayonunun Poladlı kəndindən olan polkovnik Qiyas Abbasov 2016-cı ilin “Aprel döyüşləri”nin iştirakçılarındandır. O, 2020-ci il sentyabrin 27-dən noyabrın 10-dak davam etmiş Vətən müharibəsində də iştirak edib.

Qiyas Abbasovun “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunduğu bildirilir (modern.az).