Ölkə

“2003-2004-ün uşaqları isti yorğan altından çıxıb döyüşə gediblər” – Şəhid Xudayarın anası

“2003-2004-ün uşaqları isti yorğan altından çıxıb döyüşə gediblər” – Şəhid Xudayarın anasıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Komandoların heç biri xidmətə pulla qəbul oluna bilməz. Çünki onların elə təlimləri var ki,  hər pullu oğlan puluyla orada təlim keçə bilməz. Komandolarda olan oğullar pulla götürülsəydi, pullu oğlanların hamısı orda olardı”. 

Bu sözləri Yenisabah.az-a şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova deyib.

O, son sərhəd döyüşlərndə həlak olan şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun məlum üzrxahlıq videosuna münasibət bildirib.

Şəhid anasının sözlərinə görə, belə videolar çəkməzdən əvvəl insanların mövzuya həssaslığı nəzərə alınmalıdır:

“O, şəhid qardaşıdır. Bu, hamımızın başına gəlmiş işdir. Cənazə gələndə adam heç dünyanın harasında olduğunu bilmir. Bilinmir danışdığı olub, ya olmayıb. Videodan da bilinir ki, hissləri, düşüncələrinə hakim deyildi. Yəni uşağın nə vəziyyətdə danışdığı da bəllidir. Onu başa düşmək lazım idi.

Yəqin ki, dövlət orqanları rüşvətin alınıb-alınmadığını müəyyənləşdirəcəklər. Bundan sonra görək o uşağın elə videosunun çəkilməli olduğu  və ya əksinə, kimlərinsə ondan üzr istəməli olduğu aydınlaşar”.

Radə Qurbanova fikirlərinə bu cür davam edib:

“Hazırda səhhətimdə problem var. Özüm son şəhidlərdən sonra pis hala düşmüşəm. 2003-2004-cü illərin uşaqları isti yorğan altından çıxıb döyüşlərə gediblər. Bu uşaqların cənazələrini görəndə adam çox dəhşətli vəziyyətə düşür. O oğlan da anasız-atasız böyümüş uşaqdır. Bəlkə də əsəbindən deyib. Yəni özündə olmaya, affekt vəziyyətdə nələrsə deyə bilər. Səbuhini yalnız o hissləri yaşayan şəhid anaları başa düşə bilər. Onu bir az anlamaq lazım idi. Hər şey barədə videolar çəkmək lazım deyil.

Şəhid anası kimi o anları yenidən yaşadım. Onsuz da yaramız heç vaxt qaysaq bağlamayacaq. İllər keçsə də, əzablar bitməyəcək”.

Radə Qurbanova Səbuhi Əhmədovdan Müdafiə Nazirliyində 6000 manat rüşvət alınması iddiasına inanmadığına deyib:

“O xüsusi təyinatlı olub. Bu mərhələyə çatmaq üçün onlar çox çətin hərbi mərhələlərdən keçirlər. Komandoların heç biri pulla qəbul oluna bilməz. Çünki onların elə təlimləri var ki, hər pullu oğlan puluyla orada təlim keçə bilməz. Komandolarda olan oğullar pulla götürülsəydi, pullu oğlanların hamısı orda olardı. Ora qeyrətli, dözümlü, səbirli, vətənini sevənlər lazımdır. Hansısa xüsusi təyinatlını əsir düşdüyünü eşitmisiniz? Xeyr! Çünki onlar ölümü hər şeydən üstün tuturlar.

Əgər Səbuhi Əhmədov bankdan hətta öüzü üçün kredit götürmüş olsaydı belə, Yaşat Fondu və banklar həmin krediti bağlayardı.

Rüşvət söhbətinə inanmıram, komandoya götürülmüş və şəhid olanların evləri daxmadır. O şəhidlər daxmadan çıxıb. Həmin daxmalardan çıxanların hamısı pul verib? Pul yox, can vermiş ola bilər”.