Ölkə

2022-ci ilin yaddaqalan vəzifə TƏYİNATLARI – Bəxt bu il kimlərin üzünə gülüb?

2022-ci ilin yaddaqalan vəzifə TƏYİNATLARI – Bəxt bu il kimlərin üzünə gülüb?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlərini yaşadığımız 2022-ci il Azərbaycanda bir sıra şəxslərin vəzifələrə təyinat alması ilə də yadda qalıb.

 

Sfera.az bu il vəzifə almış şəxslərlə bağlı araşdırma aparıb. Həmin məlumatı təqdim edirik.

 

2022-ci ilin ilk təyinatı Səhiyyə nazirliyində qeyd alınıb. Teymur Yusif oğlu Musayev sözügedən quruma nazir  təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə Teymur Musayev Azərbaycanın səhiyyə nazirinin birinci müavini vəzifəsindən azad edilib.

 

Bu ilin önəmli təyinatlarından biri də Rövşən Çingiz oğlu Nəcəflə bağlıdır. O, Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti vəzifəsinə gətirilib.  Dövlət başçısının digər sərəncamı ilə R.Nəcəf SOCAR-ın I vitse-prezidenti vəzifəsindən azad olunub.

 

 

İyulun 18-də Şahin Bağırov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib. Quruma sədr təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Bağırova həvalə edilib.

 

 

Taleh Tahir oğlu Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilib. 39 yaşlı bankir bundan öncə “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri idi. O, həmin bankda 2007-ci ildən fəaliyyətə başlamış, 1 iyul 2015-ci il tarixindən bankın rəhbər postuna gətirilmişdi. Həmçinin Prezidentin imzaladığı müvafiq sərəncamlarla Rəşad Orucov Mərkəzi Bank sədrinin birinci müavini, Əliyar Məmmədyarov müavini təyin edilib.

 

 

Rövşən Mürvət oğlu Rüstəmov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə Rövşən Mürvət oğlu Rüstəmov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib.

 

 

Arif Vasif oğlu Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini vəzifəsindən azad edilərək Protokol xidmətinin rəisi vəzifəsinə təyin olunub.

 

 

Bu il akademik İsa Həbibbəyli də vəzifəyə təyin olunanlar siyahısında yer alıb. O, Ramiz Mehdiyevdən sonra AMEA-nın prezidenti seçilib. Qeyd edək ki, 73 yaşlı İsa Həbibəyli buna qədər AMEA-nın vitse-prezidenti olub.

 

 

Bir neçə gün bundan əvvəl Vüqar Əliheydər oğlu Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilib. Dövlət başçısının noyabrın 19-da imzaladığı sərəncamla Aslan Aslanov  isə AZƏRTAC-ın İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

 

 

Xalid Nurəddin oğlu Əhədov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilərək Prezidentin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin olunub. Eyni zamanda Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə o, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

 

 

Bu il İlqar Musayev Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi vəzifəsinə təyinat alıb. O, digər sərəncamla Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavinini vəzifəsindən azad edilib.

 

 

Elnur Aydın oğlu Əliyev iqtisadiyyat nazirinin birinci müavini, Sahib Əli oğlu Məmmədov isə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilib. Ölkə başçısı həmçinin, Fərid Əhmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Anar Rüstəm oğlu Nağıyev isə bu il Bakı Slavyan Universitetinin rektoru təyin edilib. Qeyd edək ki, A.Nağıyev indiyədək BSU-nun rektor əvəzi idi.

 

 

2022-ci ildə bölgələrimizdə də təyinatlar qeydə alınıb. Belə ki, ölkə başçısı bir sıra rayonlara icra başçısı təyin edib.

 

Abdin Ələsgər oğlu Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Şirin oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayonu, Coşqun Adil oğlu Cəbrayılov Nizami Rayonu, Elxan Oqtay oğlu İbrahimov Kürdəmir, Araz Əhmədov  Masallı rayon, Əkbər Bəxtiyar oğlu Abbasov Lerik, Elvin Nazim oğlu Paşayev Göygöl, Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy, Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.