Aktual

2035-ci ildən Avropada ənənəvi avtomobillər erası bitir – FOTO

2035-ci ildən Avropada ənənəvi avtomobillər erası bitir – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı ölkələri 2035-ci ilə qədər yeni minik və yük maşınları üçün karbon qazı emissiyalarının aradan qaldırılması təşəbbüsünü təsdiqləyib.

Bu barədə Aİ Şurasının mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

“Şura CO2 tullantılarının azaldılması hədəflərini 2030-cu ilə qədər minik avtomobilləri üçün 55%-ə, yük avtomobilləri üçün isə 50%-ə yüksəltməyə razılaşıb. Şura həmçinin yeni avtomobillər üçün 2035-ci ilə qədər karbon qazının 100% azaldılması hədəfini təsdiqləyib”, – deyə mətbuat xidməti məlumat yayıb.

“Bloomberg”dən bildirilib ki, Aİ-nin təşəbbüsü əslində daxili yanma mühərrikləri (ICE) dövrünün başa çatmasından xəbər verir. Agentlik bir çox avtomobil şirkətlərinin 2035-ci ilə qədər, çox güman ki, elektromobil istehsalına keçməli olacağını proqnozlaşdırıb.

ICE avtomobil qadağası Avropa Komissiyasının 2050-ci ilə qədər iqlimə uyğun olmayan iqtisadiyyata nail olmaq planının bir hissəsidir. Ötən il Avropa Komissiyası 2035-ci ildən elektriklə işləyən avtomobillərə tam keçidi və Avropa İttifaqında adi yanacaqla işləyən avtomobillərin istehsalına qadağa qoyulmasını təklif etmişdi.