Kriminal

Siyəzəndə narkotik becərən şəxs saxlanıldı

Siyəzəndə narkotik becərən şəxs saxlanıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Zarat kənd sakini Ramil İlyasov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan 7times.az-a verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə onun yaşadığı evin yaxınlığında yerləşən və nəzarət etməsi üçün ona tapşırılan bağ sahəsinə keçirilən baxış zamanı, oradan R.İlyasov tərəfindən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək becərilmiş 120 ədəd çətənə kollarının şitilləri aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı R.İlyasov narkotik tərkibli bitkiləri becərdiyini etiraf edib.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırmalar aparılır.