Aktual

400 milyardlıq layihə Azərbaycanın yerləşdiyi regionda yeni gərginlik yarada bilər

400 milyardlıq layihə Azərbaycanın yerləşdiyi regionda yeni gərginlik yarada bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barak Obama dövrünün son aylarında “Altılıq sazişi” imzalandı, İranın nüvə proqramına nəzarət müqabilində sanksiyaların ləğvi gündəmə gəldi. Bunun nəticəsində ABŞ və Avropa Birliyi İrana qarşı sanksiyaları aradan qaldırmalı, İran bazarı Qərb şirkətlərinə açılmalı, yeni neft-qaz müqavilələri bağlanmalı, yeni istehsal sahələri yaradılmalı idi. Əvəzində ABŞ və Avropa Birliyi Rusiyaya qarşı daha sərt mövqe nümayiş etdirməli idi. Avropa Birliyi ölkələri Rusiya bazarında itirəcəklərini İranda qaytarmaq istəyirdilər. Amma Donald Tramp oyun qaydalarını pozdu, İrana qarşı sanksiyalar daha da sərtləşdirildi, Avropa Birliyi ölkələrinə məxsus şirkətlərinin öncədən bağladıqları bütün müqavilələr ləğv edildi. Halbuki Qərb şirkətləri İranla 200 milyard dollarlıq ön sazişlərlə bağlı razılığa gəlmişdilər”.

Bunu 7times.az-a Real Partiyasının funksioneri, tanınmış iqtisadçı Natiq Cəfərli Çin və İran arasında bağlanan son sazişi şərh edərkən deyib.boşluq yaranıb, indi də ABŞ-Çin qarşıdurmasının yeni mərhələsi başlayıb: “Çin hərəkətə keçdi və İranı tam nəzarətə götürmək üçün ilk addımını atdı. Yeni müqavilə 25 ilə bağlanıb və dəyəri 400 milyard dollar olacaq. Müqavilə neft-qaz sektorundan tutmuş logistikaya, avtomobil sənayesindən tutmuş tikinti sektoruna qədər bir çox sahələri əhatə edəcək”.

İqtisadçı diqqətə çatdırıb ki, müqavilənin ən maraqlı hissəsi neftlə bağlıdır. Yəni yatırımların tamamına yaxınını İran xam neftlə Çinə qaytaracaq: “Bu gün Çin günə 13,5 mln. barel neft istehlak edir, bu həcmin 6-6,5 mln. barelini Çin öz ərazisində hasil edir, günə 7-7,5 mln. barelə yaxın neft alır. Bu gün sanksiyalara və yatırıma, texnologiya məhdudiyyətinə görə İran günə cəmi 300 min barel neft sata bilir. Amma potensial olaraq yatırımlardan, yeni texnologiyaların tətbiqindən sonra İran günə 6 mln. barelə yaxın neft hasil edə, onun 4-4,5 mln. barelini ixrac edə bilər.

Anlaşmaya görə, İran neftinin tamamını Çin alacaq, qiymət dünya bazarından, azı 10 faiz aşağı olacaq. Bu, Çin üçün çox böyük üstünlükdür. İran üçün də böyük imkanlar açır, həm də Qərbin İrana qarşı sanksiya siyasətini tam mənasızlaşdırır. Bu müqavilə neft bazarına da ciddi təsir göstərəcək, ən böyük neft alıcısı olan Çinin ehtiyaclarının yarıdan çoxunu İran daha ucuz qiymətə verəcəksə, bu zaman digər ölkələr də “discount” etməyə məcbur qalacaqlar”.

N. Cəfərli düşünür ki, Çin və İran arasındakı müqavilənin Azərbaycana da təsirləri olacaq: “Azərbaycanın bu müqavilədən ciddi dividentlər qazanması mümkündür. Çin şirkətlərinin baş ofisləri, logistika mərkəzləri Azərbaycanda ola bilər, yük daşımalardan qazanc əldə edə bilərik. Yox, əgər bu müqaviləyə Qərb çox kəskin reaksiya verəcəksə, iş çətinləşəcək. Bu zaman regional layihələrdə Türkiyə ilə birgə işləmək lazımdır. Bu, təzyiqlərdən sığortalanmaq üçün mühüm rol oynaya bilər. Yeri gəlmişkən, heç Rusiya da bu müqavilədən razı deyil. Çünki bu gün Çinə ən çox neft satan ölkə məhz Rusiyadır. İran nefti Rusiya neftini Çin bazarından sıxışdırıb çıxara bilər. Bu, qaza da aiddir”.

İqtisadçı qeyd edib ki, müqaviləyə görə Çin Bəndərbas limanını da morenləşdirəcək və orada sıxılmış qaz üçün limanlar tikəcək: “İran qaz ehtiyatlarına görə dünyada 1-ci yerdədir, yeni yatırımlarla İran qısa zaman kəsiyində böyük qaz ixracatçısına çevriləcək. Çin isə yaxın 10 ildə ən böyük qaz idxal edən ölkə olacaq. Deməli, Rusiyadan aldığı qazın həcmi də kəskin azala bilər. Bir sözlə, regionumuzda maraqlı proseslər gedir, Çinin ekspansiyası güclənəcək, hətta Gürcüstana da 8 milyard dollar yatırım qoymaqla bağlı yeni müqaviləsi var”.