Araşdırma

“5 milyard insan öləcək…” – Nüvə müharibəsi daha nələr vəd edir?

“5 milyard insan öləcək…” – Nüvə müharibəsi daha nələr vəd edir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nature Food” jurnalında dərc olunan son araşdırma hər kəsdə böyük qorxu yaradıb.

7Times.az  bildirir ki, yazıda ABŞ və Rusiya arasında nüvə müharibəsinin baş verəcəyi təqdirdə təxminən 5 milyard insanın, yəni dünya əhalisinin dörddə üçünün aclıqdan öləcəyi iddia edilib.

 

Tədqiqatçılar müəyyən ediblər ki, nüvə silahları günəşdən tüstü buraxacaq (günəş şüalarının Yerə çatmasına mane olacaq) odlu fırtınalara səbəb olacağından, dünya üzrə məhsuldarlıq azalacaq. Bu, nəzərdə tutulan ən böyük potensial münaqişə olsa da, elm adamları kiçik nüvə müharibələrində nələrin baş verəcəyini də araşdırıb və qlobal qida sistemlərinin məhv olması səbəbindən milyardlarla insanın öləcəyini bildiriblər.

 

ABŞ tədqiqatçılarının fikrincə, ən kiçik nüvə ssenarisi beş il ərzində qlobal orta qida istehsalının 7 faiz azalmasına səbəb olacaq. Onlar hesab edirlər ki, ABŞ və Rusiya arasında nüvə müharibəsi olarsa, münaqişədən 3-4 il sonra ərzaq istehsalı 90 faiz azalacaq. Bu ssenariyə əsaslanaraq, iki il ərzində dünyanın 75 faizindən çoxunun aclıqdan öləcəyi vurğulanıb.

 

Nyu Cersidəki Rutgers Universitetinin iqlim elmləri professoru Alan Robok “əsas prioritetimiz nüvə müharibəsinin qarşısını almaq olmalıdır”, deyə söyləyib.

 

Mütəxəssislərin araşdırması göstərib ki, məhsulun azalması Rusiya və ABŞ da daxil olmaqla, orta yüksək enlik ölkələrində şiddətli formada olacaq, o cümlədən idxaldan asılı olan Afrika və Yaxın Şərq ölkələrinə təsir göstərəcək.