Sosial

“500 manat maaş alan məmur daha artıq var-dövləti mənimsəyibsə dövlətə xəyanət etmiş sayılır”– ŞİKAYƏT

“500 manat maaş alan məmur daha artıq var-dövləti mənimsəyibsə dövlətə xəyanət etmiş sayılır”- ŞİKAYƏTbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Göyçay rayon Ərəbcəbirli kənd sakini Səmədov Məhəmmədəli və 1-ci Qarabağ şəhidi Qormaz Rəhimovun qardaşı Rəhimli Elnur Nazim oğlu Göyçay RİH-nin Arxitektura və Memarlıq Şöbəsinin müdiri Ayaz Səfərəliyevin əvvəl işləmiş olduğu qurum daxilində korrupsiya ilə məşğul olduğunu iddia edirlər.

Məhəmmədəli Səmədovun sözlərinə görə, Ayaz Səfərəliyev 2016-cı ildə Göyçay rayon Mənzil İstismr İdarəsinə rəis təyin olunub. Bu yaxınlarda isə tutduğu vəzifədən azad edilərək Göyçay Rayon İcra Hakimiyyətinin Arxitektura və Memarlıq Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Şikayətçi bildirir ki, A. Səfərəliyev Göyçay Rayon Mənzil İstismar İdarəsində işlədiyi müddətdə bir çox  korrupsiya və nöqsanlara yol verib:

“Ayaz Səfərəliyev bütün yaxınlarını, qohum-əqrəbalarını ətrafına toplayaraq onları öz yanında işə götürüb.”

Şikayətçi qeyd edir ki, A. Səfərəliyevin işə aldığı şəxslərin sadəcə adları gedir və gündəlik işə çıxmırlar:

“Oradakı yüksək vəzifə sahiblərindən bir nəfər var ki, onun övladının və həyat yoldaşının, həmçinin də bir neçə nəfər tanışının adı Göyçay Mənzil İstismar İdarəsində getdiyi halda, özləri gündəlik işə çıxmırlar. Təəssüflər olsun ki, gündəlik işə çıxan işçilərin sayı olduqca azdır.”

O bildirir ki, A. Səfərəliyev Göyçay Mənzil İstismar İdarəsində işlədiyi müddətdə cəmi 500-600 manat məbləğində maaş alsa da, sahib olduğu var dövlət bu maaşla üst-üstə düşmür:

“Onun sahib olduğu var-dövlətin mənə məlum olan hissəsini xatırlayanda isə əlim ağzımda qalır. Aldığı maaşa baxmayaraq, ona məxsus şəhərin Nizami küçəsində “1001 xırdavat” mağası fəaliyyət göstərir. Eyni zamanda Cəyirli yolu istiqamətində böyük, hər növ tikinti və xırdavat mallarının satışını həyata keçirən “Tikinti materialları” mağazası mövcuddur. Bu azmış kimi, yaşadığı Cəyirli kəndinin müxtəlif yerlərində hektarlarla xurma və qarışıq meyvə bağları vardır. Yaşadığı mənzilə gəldikdə isə, o qədər möhtəşəmdir ki, elə bil ABŞ prezidenti Co Baydenlə rəqabət apararaq öz evini onun  oturduğu “Ağ ev”lə  bəhsəbəhs inşa etdirmişdir. Sürdüyü avtomobil isə “Toyota Prado”dur ki, ən ucuzunun qiyməti minimum 30 min manatdan başlayır. Yuxarıda qeyd etdiyim kimi, aylıq 500-600 manat məbləğində maaş alan “məmur” sadalağım qədər və ya daha artıq var-dövlət mənimsəmişdirsə, deməli o, dövlətə xəyanət etmiş sayılır.”

Digər şikayətçi Rəhimli Elnur isə bildirib ki, o Göyçay şəhəri Heydər Əliyev prospektində yerləşən marşurut dayanacaqlarının birində “köşk” inşa etdirərək kiçik sahibkarlıqla məşğul olur. Qeyd edib ki, həmin köşkün yeri ona  2018-ci ildə Göyçay Rayon İcra Hakimiyyəti  tərəfindən mənə verilib:

“Maddi imkanım olmadığına görə kökş inşa etdirə bilmirdim. Nəhayət bir neçə bankdan faizli kredit götürərək müasir standartlara cavab verən köşk düzəltdirdim və 2022-ci ilin dekabr ayından kiçik sahibkarlıq fəaliyyətinə başladım.”

Onun sözlərinə görə, Ayaz Səfərəliyev qərəzli şəkildə onun ticarətinə mane olmağa başlayıb:

“O, guya şəhərin görkəmini pozur adı altında öncə köşkü mənə əsassız yerə təmir etdirdi, daha sonra isə icra başçısı “sök əmri verib” dedi. Beləliklə də rayonumuzda olan bütün mahşurut dayancaqlarındakı köşklərin heç birinə deyil, yalnız mənim istifadəmdə olan köşkün sökülməsini qarşısına məqsəd olaraq qoyub.”

O bildirib ki, A. Səfərəliyev qəsdli şəkildə obyektinə verilən elektrik enerjisinin dayandırılmasına səbəb olub:

“Həmin köşk mənim və ailəmin yeganə qazanc mənbəyidir. Özüm ailəliyəm və hazırki vəziyyətdə 4 nəfərdən ibarət olan ailədə heç kim işləmir. Valideynlərimdən miras qalmış köhnə və qəzalı evdə yaşayırıq. O qədər acınacaqlı durumdayıq ki, maddiyyat səbəbilə mavi yanacaqla deyil, çöldən-bayırdan topladığım taxta-tuxta ilə qızınırıq. Görəsən Ayaz Səfərəliyev də öz möhtəşəm villasında otaqların istiliyini bizim  kimi çır-çırpı ilə əldə edirmi?! O villa ki, rayonun Cəyirli kəndində, həmin ərazidə ondan daha böyük və yaraşıqlısı ev yoxdur.”

Şikayətlərlə bağlı Göyçay Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Saytımıza bildirildi ki, qeyd olunan şikayətlər həqiqəti əks etdirmir:

Məhəmmədəli Səmədov yaşadığı rayonun Birinci Ərəbcəbirli kəndindəki məhəlləyə asfalt örtüyü vurulmasını tələb etmiş, lakin ona dəfələrlə müvafiq izahat verilərək bildirilmişdir ki, kəndarası yollar bələdiyyənin sərəncamında olduğu üçün təmir işlərinin görülməsi İkinci Ərəbcəbirli bələdiyyəsinin maliyyə imkanlarına uyğun həll edilməlidir. Bu cavab vətəndaşın xoşuna gəlmədiyi üçün aqressivləşib və bir çox yerə şikayət ünvanlayıb. Hansı ki, həqiqətə uyğun deyil. Şikayətdə qeyd etdiyi işçilər, əvvəllər mənzil istismar idarəsində fəaliyyət göstəriblər. İdarə ləğv olunduqdan sonra həmin işçilər Şəhər Təsərrüfatı Birliyi tərəfindən yenidən işə götürülüblər. Qeyd etdiyi torpaq sahəsinə gəldikdə isə, o, Ayaz Səfərəliyevin ailəsinə məxsus torpaqdır.

Qurumdan Elnur Rəhimlinin şikayəti ilə bağlı bildirilib ki, köşk sahibkarlıq üçün şəhərin mərkəzi küçəsində nəzərdə tutulmayan yerdə quraşdırılıb:

“Elnur Rəhimlinin müraciətinə cavab olaraq isə bildiririk ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddəsinə əsasən fərdi yaşayış evlərinin tikintisi və təmiri işləri vətəndaşların vəsaiti hesabına aparılmalıdır.

Həmçinin E.Rəhimlinin istifadə etdiyi ticarət köşkü sahibkarlıq üçün şəhərin mərkəzi küçəsində nəzərdə tutulmayan yerdə quraşdırılıb və təmirsiz istifadə olunduğu üçün şəhərin görünüşünə xələl gətirir.

E.Rəhimli bir neçə dəfə rayon icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə dəvət olunmuş və köşkün yerinin digər əraziyə dəyişdirilməsi ona təklif edilmişdir.”

7Times.az