Ölkə

“60-70 yaşlı kişi 20 yaşlı qadına ona görə meyl edir ki…“

“60-70 yaşlı kişi 20 yaşlı qadına ona görə meyl edir ki…“backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar intim videoları yayılan şəxslərlə bağlı məlumatlara sosial şəbəkələrdə tez-tez rast gəlmək mümkündür. İstər bəzi dövlət rəsmiləri, istərsə də siravi vətəndaşlar arasında bu halların baş verməsi cəmiyyətdə birmənalı qarşılanmır. Son olaraq isə 80 yaşlı kişinin, 40 yaşlı arvadı tərəfindən intim videosunu yayacağı ilə bağlı şantaj edilməsi ötən günün əsas xəbəri olmuşdur. Bəs bu mövzularda son zamanlar niyə məhz yaşlı insanların adı çəkilir? Buna səbəb nədir?

Məsələ ilə bağlı Yenisabah.az saytına açıqlama verən psixoloq Aygün Cəfərova bildirib ki, krizis yaş dönəmlərində bir çox kişilərdə gənc nəsl xanımlara qarşı cinsi istək mövcud olur:

“Son zamanlar bu mövzuda əsəsan tanınmış və müyyən bir vəzifədə olan şəxslərin adı çəkilir. Eyni yaş həddini götürsək, vəzifədə olmayan 60-70 yaşlı kişilərin cavan nəsilə olan marağı həmişə olmuşdur. Yəni bu məsələlərin vəzifəyə aidiyyatı yoxdur.”

Psixoloq onu da vurğulayıb ki, yaş artdıqca kişilərdə belə bir kompleks yaranır ki, onlar özlərini mütləq sübut etməlidirlər:

“Həmin krizis yaş dönəmləri mövcuddur ki, bu dövrlərdə cavan nəsillə, əsasən də 20-30 yaşında olan gənc xanımlarla əlaqədə olmaq, onlar üçün müəyyən bir özünəinam hissi sayılır. Keçid yaş dövrlərində bir çox kişilərdə cinsi zəiflik olduğuna görə, bu tip yaş dönəmlərində kişilərin əsas maraq dairələrindən biri bu ola bilir.”

Rafi Müslümov 

“60-70 yaşlı kişi 20 yaşlı qadına ona görə meyl edir ki...“