Aktual

“8 günə öldürür, peyvəndi yoxdur…” – ÜST tərəfindən elan olunan yeni virusun əlamətləri

“8 günə öldürür, peyvəndi yoxdur…” – ÜST tərəfindən elan olunan yeni virusun əlamətləribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün ÜST tərəfindən elan olunan yeni virusun əlamətləri bəlli olub.

7Times.az  bildirir ki, elm adamları “Marburq”un 3 gün ərzində ortaya çıxan simptomlarını açıqlayıblar.

 

Belə ki, virusun ilk əlamətləri bunlardır: Qızdırma, şiddətli baş ağrısı, əzələ ağrısı, sulu ishal, mədə ağrısı, ürəkbulanma, qusma.

 

Qeyd olunub ki, virusa yoluxan şəxslərin görünüşü tükənmişlik, batıq gözlər, ifadəsiz üzlər və həddindən artıq süstlük kimi vəziyyətlə təsvir olunur. Bir çox xəstənin bədənin müxtəlif yerlərində sonradan qanaxmağa başlayır. Xəstələr virusa yoluxduqdan sonra 8-9 gün ərzində həddindən artıq qan itkisi və şok nəticəsində ölürlər.

 

ÜST-nin məlumatına görə, yoluxanların orta hesabla yarısı ölür. Bununla belə, virusun ən zərərli variantlarında ölüm nisbəti 88%-ə çatır.

 

“Marburq” insanlar arasında bədən mayeləri vasitəsilə yayılır. Xəstələr sağalsa da, onların qanı və sperması aylarla virus ötürə bilir. Qurumdan bildirilib ki, virus üçün xüsusi peyvənd və ya müalicə yoxdur. Lakin ÜST bir sıra qan məhsulları, dərmanlar və immun terapiyanın inkişaf etdirildiyini vurğulayıb.