Ölkə

“9 ay hamilə olub, qarını böyüyəndə görmürdü?” – Qızından imtina edən anaya ağır ittihamlar

“9 ay hamilə olub, qarını böyüyəndə görmürdü?” – Qızından imtina edən anaya ağır ittihamlarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Bakıda 13 yaşlı qız ana olub. Bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə sosial şəbəkə hesabında məlumat yayıb. O, bildirib ki, 13 yaşlı qız ev şəraitində uşaq dünyaya gətirib.

 

Bakının Sabunçu rayonunda yaşayan 13 yaşlı qızın atası illər öncə dünyasını dəyişib. K.Ağazadə bildirib ki, qızın anası nəvəsindən və öz övladından imtina edib.

 

Baş verənlərlə bağlı Sfera.az-a danışan sosioloq Lalə Mehralı bildirib ki, məsələnin bu yerə gəlib çatmasında əsas günahkarlardan biri 13 yaşlı qızın anasıdır.

 

Onun sözlərinə görə, yaşananlar bir ananın övladına qarşı diqqətsizliyinin nəticəsdir:

“Baş verən hadisəyə dair xəbərləri açıb oxumaq istəmirəm. Cəmiyyətin bu qədər deqradasiyaya uğraması həqiqətən acınacaqlıdır. Xəbərin başlığını görəndə belə çox dəhşətli hisslər keçirdim. Özü hələ körpə olan bir uşaq hamilə qalır, uşaq dünyaya gətirir və anası qızından imtina edir. 13 yaşlı uşaq hələ yeniyetmə də deyil, ana 9 ay ərzində övladının hamilə qaldığının necə fərqinə varmayıb? Bu, elə bir vəziyyətdir ki, hər ay fərqli hallar yaşanır, qarın böyüyür. Necə olur ki, bu proses ananın gözündən kənarda qalır?

 

Belə çıxır ki, ana öz övladı ilə maraqlanmayıb, ona nəzarət etməyib. Başqa cür düşünmək mümkün deyil. Əslində suallar çoxdur, düşünüb analiz edəndə görürsən ki, baş verən hadisədə ananın günahı çoxdur. Bu cür vəziyyətdə 13 yaşlı qızın və dünyaya gətirdiyi körpənin qızın anasının himayəsində qalması doğru deyil. Çünki 9 aylıq prosesdə öz övladından bixəbər olan və yaşanmış bu vəziyyətdə ondan imtina edən qadın körpəyə lazım olan sevgini göstərə bilməyəcək. Uşağı o evdə gözləyən aqibəti indidən sezmək mümkündür. 13 yaşlı qızın da, dünyaya gələn körpənin də dövlətin himayəsinə verilməsi ən məqsədəuyğun variantdır”.