Ölkə

Azərbaycan manatının nominal effektiv məzənnəsi artıb

Azərbaycan manatının nominal effektiv məzənnəsi artıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il noyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 105,4 bənd təşkil edib.

Bu barədə “7Times.az ” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, aylıq müqayisədə 1,9 bənd, ilin əvvəlinə nisbətən 3,4 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,6 bənd çoxdur.

Noyabrın 1-nə manatın real effektiv məzənnəsi isə 119,8 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 1,6 bənd çox, ilin əvvəlinə nisbətən 1,6 bənd, illik müqayisədə isə 5,3 bənd azdır.