Ölkə

ABŞ-dan Azərbaycana gətirilən xüsusi itlərin GÖRÜNTÜLƏRİ – FOTOLAR

ABŞ-dan Azərbaycana gətirilən xüsusi itlərin GÖRÜNTÜLƏRİ – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Marşal İrsi İnstitutunun nümayəndələri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə rəsmi görüşdən sonra ANAMA-nın Füzuli rayonundakı minaaxtaran itlərin təlim mərkəzini ziyarət ediblər.

ANAMA-dan Publika.az-a bildirilib ki, burada avqustun 23-də gətirilən 10 baş minaaxtaran itə baş çəkilib. Onların saxlanması, qidalanması və gələcək akkreditasiya prosedurları barədə MLI nümayəndələrinə geniş məlumat verilib.

ANAMA-nın minaaxtaran itlərin təlim mərkəzinə gətirilən itlərdən ikisinin ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyilə “Paşa bank” və “Kapital bank” tərəfindən maliyyələşməsi vurğulanıb. Tərəfdaşlar itlərin adlarını seçib: Hünər və Bir İnci. Bu itlərə xüsusi hazırlanmış və üzərində adları qeyd olunan boyunluqlar bağışlanılıb.

MLI prezidenti Perri Baltimor qeyd edib ki, 2023-cü ilin iyul ayına qədər Azərbaycana 30 minaaxtaran itin verilməsi nəzərdə tutulub. Yerdə qalan 20 minaaxtaran itin öncədən razılaşdırılmış tarixlərdə ANAMA-ya çatdırılacağı qeyd edilib. Müvafiq anlaşma memorandumu və müqavilə sənədinin 26 avqust tarixində ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimor arasında imzalanacağı planlaşdırılır.

Qeyd edək ki, 10 xüsusi təlim keçmiş it 23 avqust tarixində Silk Way West Airlines şirkəti tərəfindən təmənnasız olaraq Azərbaycana çatdırılıb.