Manşet

“ABŞ Ermənistanı inandıra bilər ki, bu, yeganə yoludur”

“ABŞ Ermənistanı inandıra bilər ki, bu, yeganə yoludur”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Münaqişədən sonrakı inkişaf sahəsi vacibdir. Bununla yanaşı, hesab edirəm ki, ümumilikdə Cənubi Qafqazda təmasların sınaqdan keçirilə bilməsi vacib sahə ola bilər”.

7times.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, bu günə qədər Azərbaycanın Gürcüstanla əlaqələri var: “Ermənistanın da Gürcüstan ilə münasibətləri var, lakin Azərbaycan ilə Ermənistan arasında hər hansı bir təmas və ya əməkdaşlıq yox idi. Bəlkə də artıq üçtərəfli əməkdaşlığın mümkün olub-olmamasına baxmağın vaxtı çatıb. Biz buna hazırıq. Bir az əvvəl qeyd etdiyim kimi, biz Ermənistanla sülh sazişi üzərində işləməyə hazırıq. ABŞ öz potensialından istifadə edərək Ermənistanı inandıra bilər ki, bu, irəli getməyin yeganə yoludur və revanş məsələsinin hətta ağıllarına belə gətirilməsi onlar üçün olduqca təhlükəli olacaq. Yəni, çoxlu imkanlar və gözləntilər var, ancaq biz ABŞ administrasiyasının tam olaraq işə başlamasını gözləyir və mesaj almaq istəyirik ki, onlar bizimlə münasibətləri necə qurmaq istəyirlər”.