Aktual

ABŞ Kəşfiyyat İdarəsinin sabiq rəhbərindən “Putin öldürüləcək” açıqlaması: “Ya çəkiclə, ya da…” 

ABŞ Kəşfiyyat İdarəsinin sabiq rəhbərindən “Putin öldürüləcək” açıqlaması: “Ya çəkiclə, ya da…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbəri Daniel Hoffman səs-küylü açıqlamalar verib.

Sfera.az bildirir ki, o, Rusiya prezidenti Putinin yoldaşları tərəfindən devriləcəyini iddia edib. Hoffmanın sui-qəsd planı üçün irəli sürdüyü adlar isə diqqət çəkib. Putinə sui-qəsdi “qəfil” və “gizli” adlandıran Hoffman “Daily Beast”ə açıqlamasında bunları deyib:

“Sui-qəsdi planlaşdıranlar bu barədə gizliliyi qorumalıdırlar ki, Putin onları daha tez tapıb öldürməsin. Hər şey birdən baş verəcək və Vladimir öləcək. “Heç kim “Vladimir, getmək istəyirsən?” deyə soruşmayacaq. Putin başına dəyən bir çəkiclə ölmüş olacaq. Ya da “sanatoriyaya getməyin vaxtıdır” deyib onu aldadacaq və  qətlə yetirəcəklər”.Hoffman “çəkiclə sui-qəsd” iddiasına diqqət çəkərək Putini devirmək istəyə biləcək adları bir-bir sadalayıb. Bu adlar Putinin ən yaxın çevrəsində olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev və FSB direktoru Aleksandr Bortnikovdur. Bu üç adın liderlik ambisiyaları olduğunu vurğulayan Hoffman “Onlar Putindən sonrakı dövrə rəhbərlik etmək üçün potensial üsyanları gözləyirlər”, deyə söyləyib.