Aktual

ABŞ Prezidenti: “Finlandiya və İsveçə NATO-ya üzv olmaqla bağlı dəstəyik”

ABŞ Prezidenti: “Finlandiya və İsveçə NATO-ya üzv olmaqla bağlı dəstəyik”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya və İsveç liderlərini Ağ Evdə qarşılayan ABŞ Prezidenti Bayden Türkiyənin iki ölkənin NATO-ya üzv olması ilə bağlı etirazlarının aradan qaldırılacağına dair nikbin mesajlar verib.

Sfera.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden Finlandiya və İsveçin NATO üzvlüyünə tam dəstək verib.

Qeyd edək ki, Bayden dünən Ağ Evdə İsveçin baş naziri Maqdalena Anderson və Finlandiya Prezidenti Sauli Niinistonu qəbul edib. NATO-ya üzvlük məsələsinin müzakirə edildiyi görüşdən sonra üç lider Ağ Evin bağçasında kameralar qarşısına keçərək birgə mətbuata açıqlama veriblər. Bayden ABŞ-ın iki böyük demokratiyaya güclü dəstək verdiyini deyərək, hər iki ölkənin NATO-ya üzvlük üçün bütün şərtlərə cavab verdiyini vurğulayıb. Ağ Evin bağçasında Baydendən sonra söz alan Finlandiya Prezidenti: “Finlandiya həmişə Türkiyə ilə yaxşı münasibətlərdə olub. NATO müttəfiqləri olaraq biz də Türkiyə qədər Türkiyənin təhlükəsizliyinə sadiqik. Biz terrora ciddi yanaşırıq. Biz terrorun bütün növlərini pisləyirik və onunla fəal mübarizə aparırıq”, – deyə bildirib.