Manşet

Açıq havada maska taxmaq ləğv olunur – TƏBİB-dən AÇIQLAMA

Açıq havada maska taxmaq ləğv olunur – TƏBİB-dən AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Açıq havada maskadan istifadənin ləğvilə bağlı qaydalar hazırlanır”.

7times.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Departament müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, yeni qaydaların tətbiqilə yaxın vaxtlarda açıq havada maska taxılması ləğv oluna bilər:

“Yaxın vaxtlarda maskalarla bağlı bəlli bir qərarlar elan olunacaq. Bu məhz açıq havada maskadan istifadə ilə bağlıdır. Hər kəsdən rəsmi məlumatları gözləməyi tövsiyə edirəm”.

Qeyd edək ki, karantin rejimi iyunun 1-də başa çatır.  Nazirlər Kabineti yanında Operativ Qərargahın həmin tarixədək brifinq keçirərək, müvafiq qərar verəcəyi gözlənilir.