Sosial

“Adambaşına 5-10 manat arası fitrə zəkatı verin” – QMİ sədri

“Adambaşına 5-10 manat arası fitrə zəkatı verin” – QMİ sədribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu il Ramazan bayramı 13 may tarixinə təsadüf edəcək. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü- Bayram axşamı şam namazından sonradır”.

7times.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə xalqa Ramazan bayramı təbrikində deyib.

“Qazılar Şurasının Fətvasına görə, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir”, – deyə Şeyx bildirib.