Kriminal

Ağcabədidə silahlı şəxs həbs edildi

Ağcabədidə silahlı şəxs həbs edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

Bu barədə 7times.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Polis əməkdaşlarının bu istiqamətdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Avşar kənd sakini Elyaz Qədimov saxlanılıb.

Onun şəhər ərazisində yerləşən yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “TT” markalı tapança, həmin silaha məxsus 2 ədəd sandıqça və 5 ədəd patron aşkar edilib.

Faktla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırmalar davam etdirilir.