Aktual

“Ağlınızı başınıza yığın, kimsəyə masa olmayın” – Türkiyə Yunanıstanı hədələdi

“Ağlınızı başınıza yığın, kimsəyə masa olmayın” – Türkiyə Yunanıstanı hədələdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstana növbəti dəfə xəbərdarlıq edib. O, bildirib ki, Yunanıstan ağlını başına yığmalı, kimsənin maşası olmamalıdır. Bundan əvvəl Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə hazır olduğunu bəyan edib.

Bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi  Kənan Novruzov deyib ki, Ərdoğanın Mitsotakislə yaxın vaxtlarda danışıqlar masası arxasına oturacağı inandırıcı deyil:

 

“Çünki Türkiyənin şərtləri, istəkləri konkretdir, Ankara əməli nəticələr gözləyir. İkincisi, o, Yunanıstan Baş nazirinin təklif etdiyi anda danışıqlar masasına əyləşməz. Bu, diplomatik məsələdir. Gərginlik, yəqin ki, yaxın gələcəkdə də davam edəcək. Əlbəttə, Türkiyəyə qarşı Yunanıstan “kart”ından istifadə etməkdə maraqlı olan qüvvələr var. Ankaranın xarici siyasəti son vaxtlar bəzi Qərb dövlətlərini narahat etməyə başlayıb. Sərhəddə Türkiyə ilə Yunanıstan arasında kiçik toqquşmaların baş verəcəyi istisna deyil. Amma gərginliyin müharibəyə səbəb ola biləcəyini düşünmürəm, çünki hər iki dövlət NATO üzvüdür”.

Müsahibimiz bildirib ki, savaş başlasa, digər müttəfiqlər tərəf tutmalı olacaqlar:

 

“Səssiz qalmaq, ehtimal edilən müharibədə mövqe ortaya qoymamaq isə Alyansın ruhuna, “birimiz hamımız üçün” prinsipinə uyğun olmayacaq. Beləliklə, NATO-nun parçalanması təhlükəsi meydana çıxa bilər. Bu isə dünyanın təhlükəsizlik arxitekturasının dəyişməsi deməkdir. Yəqin ki, qurum daxilində bunu istəyən yoxdur. Çox güman, məqsəd Türkiyənin xarici siyasət kursundə “korrektələrə” nail olmaqdır.  Əlbəttə, müharibə başlasa, Yunanıstan Türkiyə ilə bacarmaz. Ən azından ona görə ki, Türkiyənin hərbi sahədəki təcrübəsi daha çoxdur. İntensiv olaraq ayrı-ayrı regionlarda təkrarlanan anti- terror əməliyyatları Türkiyə ordusunun təcrübəsini günü-gündən artırır. Bunu Afina da bilir. Fikrimcə, dünya dövlətləri qlobal miqyaslı müharibənin başlanmasını istəmir. Belə bir savaş indiki durumda kimsəyə sərf etmir”.