Ölkə

Ağstafa komissarlığında hərbi hərbi qulluqçulardan pul alınır?

Ağstafa komissarlığında hərbi hərbi qulluqçulardan pul alınır?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

7Times.az xəbər verirki Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağstafa rayon bölməsində bir sıra xidmətlər rüşvət müqavilində həyata keçirilir.Etibarlı mənbədən redaksiyamıza daxil olan məlumata görə ,əsasən xidmətə yararsız hərbi qulluqçuların komissiyyadan keçirilməsi zamanı onlardan 200-300 manat arası qanunsuz pul tələb edilir.Bu vəsaitin Hərbi-həkim komissiyası və bölmənin rəhbər şəxsləri arasında bölüşdürüldüyü bildirilir.Bundan əlavə hərbi xidmətə səfərbər edilən hərbi qulluqçuların xidmət yerlərinin öncədən təyin edilməsi prosesi hərbi birləşmələrin yerləşdiyi rayonlardan aslı olaraq müxtəlif vəsait müqavilində həyata keçirilir.Mənbənin verdiyi məlumatda qeyd olunurki ,əyər araşdırılsa Ağstafa rayonunda xeyli sayda sağlam gənc varki onlar müxtəlif yollarla hərbi xidmətə “yarasızlaşdırılıb”.

Məsələ ilə əlaqədar olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağstafa rayon bölməsi ilə əlaqə saxlayıb səsləndirilən bu iddialara münasibət öyrəndik.Qrumun səfərbərlik şöbəsinin rəis vəzifəsini icra edən baş leytinant Xəyyam Vəliyəddinov 7Times.az-a bildirdiki bütün bu iddialar əsassızdır və yalandır.

“Komissarımız məzuniyyətdədir.Mən sizə deyirəmki Əhməd Vəlini öldürüb,ona inanacaqsiz?Çox şey danışa bilərlər.Amma mən sizi əmin edirəmki onların hamısı yalandır və boş söhbətlərdir.İnanmayın.Biz işimizi ən yüksək formada icra edirik.Mənə deyin görək bu sözləri sizə kim deyib?

Ümid edib inanmaq istərdikki hər şey doğurdanda Xəyyam Vəliyəddinovun dediyi kimi yalan və əsassız olsun.Ordunu əsgərlə təmin edən bu cür dövlət əhəmiyyətli bir qrumda bu kimi xoşagəlməz halların baş verməsi ürəyaçan deyil.