Ölkə

“Allah Ermənistanın qapısını açsın“ – Qabil Hüseynli

“Allah Ermənistanın qapısını açsın“ – Qabil Hüseynlibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan prezidenti Armen Sarkisyan “Sky News Arabia” telekanalına eksklüziv müsahibəsində regional hadisələrə, Türkiyə və Azərbaycanla münasibətlərə toxunub. Prezident deyib: “Ümid edirəm ki, bu danışıqlar nəticəsində davamlı və praqmatik sülh əldə edəcəyik və bu dəfə Azərbaycan və Ermənistan kompromislər yolu ilə davamlı sülhü bərqərar edə biləcəklər”.

Yenisabah.az-a danışan Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin sədri Qabil Hüseynli qeyd edib ki, Ermənistanın alternativ yolu yoxdur.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistanın prezidenti Armen Sarkisyan az qala xarici işlər nazirinin funskiyasını yerinə yetirməyə başlayır:

“Ermənistanın xarici ölkələrlə, ilk növbədə də ərəb ölkələri ilə münasibətlərini tənzimləməyə çalışır. BƏƏ-dən əvvəl Armen Sarkisyan Qətərə, Səudiyyə Ərəbistanına gedib. İrəvanın bir çox ərəb müsəlman ölkəsi ilə demək olar ki, diplomatik münasibətləri yoxdur. Məsələn, Səudiyyə Ərəbistanı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzə görə onunla diplomatik münasibətlər yaratmayıb”.

Q. Hüseynli qeyd edib ki, Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salma istəyi var və reallıqlar bunu diktə edir:

“Hara getsələr də, bundan qaça bilməyəcəklər. Azərbaycan müharibədə qələbə çalıb və işğal edilmiş ərazilərdən onları qovub. Ölkəmiz bölgənin superdövlətinə çevirilib və proseslərdə diktə edən tərəfdir. Ermənistan da bu reallığı böyük ölçüdə qəbul edir və anlayır. Düzdür, imkanı olsa bunu tapdalaya da bilər, amma indi imkan yoxdur. Bu nöqteyi-nəzərdən, Ermənistanın nicat yolu, birincisi, Türkiyə və Azərbaycanla münasibətləri qaydaya salmaqdır. Bundan sonra onların dünyaya qapısı açılır, nəqliyyat dəhlizləri əldə edir, beləliklə, ölkənin inkişafı üçün lazım olan şərait təmin olunur. Ermənistanın bu siyasətə alternativ ola biləcək başq abir siyasəti yoxdur və ola da bilməz”, – deyə Q.Hüseynli yekunlaşdırıb.