Hərbi

Almaniya “Bayraktar TB2″yə görə İsrailin “Heron-TP” hücum dronlarından imtina edir…

Almaniya “Bayraktar TB2″yə görə İsrailin “Heron-TP” hücum dronlarından imtina edir…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Moderator.az xəbər verir ki, Almaniya Türkiyənin “Bayraktar TB2” PUA-larının xeyrinə İsrail pilotsuz vasitələrinin alınmasından imtina etməyi planlaşdırır.
Alman hakimiyyət orqanları İsrailin “Heron-TP” pilotsuz təyyarələri əvəzinə türk “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının böyük partiyasını almağı düşünür. Buna səbəb Türkiyə istehsalı olan zərbə PUA-larından istifadənin daha yüksək effektivliyi olub. Üstəlik, bir sıra məlumatları nəzərə alsaq, burada 60 ədəd “Bayraktar TB2” zərbə tipli dron partiyasının alınmasından danışmaq mümkündür.
Təqdim olunan məlumatlara görə, Almaniyanın Türkiyənin hücum pilotsuz vasitələrinə marağının səbəbi onların Liviya, Suriya, Qarabağ və Ukraynada uğurlu istifadəsi olub. Alman mütəxəssislərinin fikrincə, belə pilotsuz uçan aparatı aşkar etmək İsrailin “Heron-TP” PUA-sından qat-qat çətindir.
“420.000-dən çox uçuş saatına malik, Qarabağda Azərbaycan üçün erməni silahlılarına və Liviyada üsyançı komandir Xəlifə Haftarın ordusuna qarşı effektiv olan  “Bayraktar TB2” artıq fəaliyyət göstərir. Bu yaxınlarda drondan Efiopiyada istifadə edildiyi bildirilir. “Bayraktar TB2”-nin uzunluğu 6,5 metr, qanad genişliyi isə 12 metrdir. O, havada 24 saatdan çox qala bilir və saatda təxminən 220 kilometr sürətə malikdir. Mütəxəssislərin fikrincə, bu vasitə Qərb rəqiblərindən daha ucuzdur”, – deyə “Die Welt” telekanalı xəbər verir.
Bundan əlavə, ekspertlər Türkiyənin pilotsuz təyyarələrinin nisbətən aşağı qiyməti ilə onların çoxlu sayda istifadə oluna biləcəyinə, İsrail istehsalı olan 5 hücum dronunun isə çətin ki, hər hansı mühüm vəzifəni həll edə bilməsinə diqqət yetirirlər.
“Hərbi səhnədə hazırda Ukraynada baş verənlər kimi bir ssenaridə beş silahlı “Heron TP” modelinin və ya daha kiçik döyüş modellərinin, məsələn, 26 metr əvəzinə 12 metr qanad genişliyinə malik Türkiyənin “Bayraktar” pilotsuz uçan aparatının nə dərəcədə faydalı olub-olmadığı müzakirə olunur. “Reuters” xəbər agentliyinin məlumatına görə, Ukrayna son bir neçə ildə 20 Bayraktar pilotsuz uçan aparatı, yanvarın sonunda isə daha 16 model alıb. “Ukraynadakı ssenaridə “Heron TP” modelinin aşkarlanma vasitələri üçün asan hədəf olacaq və buna görə də tamamilə təsirsiz olacaq”, – deyə anonimlik tələb edən sənaye insayderinə istinadən “Die Welt” şərhində bildirib.