Manşet

Araz Əzimov Ceyhun Bayramovla görüşdə yuxuya getdi – FOTO

Araz Əzimov Ceyhun Bayramovla görüşdə yuxuya getdi – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gün Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb. Görüşdə həmçinin Xarici İşlər Nazirliyinin rəhbər heyəti iştirak edib. C.Bayramov diplomatik nümayəndəliklərin rəhbərlərinə müxtəlif istiqamətlərdə fəaliyyət səmərəliliyinin artırılması üzrə görülmüş işlər barədə məlumat verib, onlara bu xüsusda məsləhət və tapşırıqlarını verib.

7times.az-ın xəbərinə görə, tədbir zamanı Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov yuxuya gedib.

Foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hətta nazir müavininin oturuşu da tənqid edilib.

Qeyd: A.Əzimov 27 ildir ki, bu vəzifədədir.

undefined