Sosial

ARB telekanalının aparıcısı Afət Rahilqızı şikayətçinin evinə məcbur daxil olaraq onu döydü – İDDİA / VİDEO

ARB telekanalının aparıcısı Afət Rahilqızı şikayətçinin evinə məcbur daxil olaraq onu döydü – İDDİA / VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhər sakini Hüseynova Esmira Əli qızı ARB telekanalının aparıcısı Afət Rahilqızından şikayətçidir.

Redaksiyamıza müraciət edən xanım əlində məhkəmə qərarı olduğu halda jurnalistin onu təhdid etdiyini deyir.

7times.az xəbər verir ki, Hüseynova Esmiranın  qardaşı və yoldaşı iki il əvvəl onunla olan mülki problemlə bağlı yardım almaq üçün ARB televiziyasının “Elgizlə izlə” proqramına müraciət edib. Bundan sonra Afət Rahilqızı çəkiliş qrupu ilə Esmira Hüseynovanın evinə gəlib. Onun sözlərinə görə, çəkilişə etiraz etdiyi zaman jurnalist onu itələyərək içəri daxil olub. Daha sonra onlar arasında dava yaşanıb.

Esmira Hüseynovanın redaksiyamıza göndərdiyi görüntləri təqdim edirik: