Ölkə

“Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə” – 21 yaşlı “rezin qız”

“Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə” – 21 yaşlı “rezin qız”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım”.

Bunu Moderator.az-a anadangəlmə qeyri-adi istedada malik, “rezin qız” adlandırılan gimnast Günay Nuriyeva bildirib. O daha sonra əlavə edib.

“Atam anamdan məni uşaq evinə verməsini istəyib, deyib ki, mənə raxit övlad lazım deyil. Anam isə məni uşaq evinə atmayaraq, atamdan ayrılıb. 9 yaşına qədər bədənim axırdı, ayaqüstündə qala bilmirdim, nə belim, nə də ayaqlarım yerdə qala bilmirdi. Sonra bir qohumum məni görüb və anama deyib ki, bu bir vergidir, Günayı gimnastikaya yazdır. Anam 19 yaşında məni gimnastikaya qoyur və müəlliməm Sevil qısa müddətdən sonra mənə yeriməyi və danışmağı öyrədir. Sevil müəllimə mənə anadan artıq oldu, mənə yenidən həyat verdi. Həkimlərin belə düzəlməyəcək dediyi problemimi Sevil müəlliməm düzəltdi. Bir ay idi ki, gimnastikaya başlamışdım, 1-ci yeri qazandım. Bu yarışa görə ayağımda, əlimdə travma yarandı. Bu hadisədən sonra mən gimnastikanı atdım, hər şeydən küsmüşdüm, qorxurdum ki, belim, sümüyüm bağlanar, amma əksinə daha da rezin olduğunu gördüm. Bu zaman başa düşdüm ki, mən gimnastikaya deyil, sirkə aidəm, gimnastlardan daha üstünəm. O illərdən Bakı Dövlət Sirkində işə düzəldim və indi də orada çalışıram. İndi sirkdə kauçuk sümüksüz qız olaraq çıxış edirəm. Sadəcə olaraq sümüyümün nazını oynatmaq bir az vaxt aparır, o da ona görə ki, sümük yerini dəyişir, öz-özünə hərəkət edərkən sümüyü yerinə öz əlimlə salıram. Sirkdən əlavə müəllimimə kömək edib, uşaqlara dərs keçirəm. Çox istərdim ki, xarici ölkəyə gedərək orada yarışım, mən bunu ürəkdən istəyirəm, çünki mənim rəqibim ölkəmizdə deyil, ordadır” – deyə elastik Günay Nuriyeva deyib.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"