Kriminal

Atasına görə qəsdən qəza törədənin kimliyi bilindi

Atasına görə qəsdən qəza törədənin kimliyi bilindibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboy rayonunda valideynini qəzada öldürən şəxsin atasını maşınla vuranın kimliyi məlum olub.

7times.az xəbər verir ki, həmin şəxs rayonun Quşçular kənd sakini Ramil Salmanovdur.

Belə ki, mayın 18-i axşam saat 23 radələrində Bəhruz Nağıyev idarə etdiyi “Mercedes C 180” markalı avtomobillə ehtiyatsızlıqdan həmkəndlisi, 81 yaşlı Mütəllim Salmanovu vurub, nəticədə M.Salmanov hadisə yerində vəfat edib.

Hadisədən bir saat sonra M.Salmanovun oğlu Ramil Salmanov “VAZ 2106” markalı avtomobillə Bəhruz Nağıyevin atası Əli Nağıyevi qəsdən vuraraq ağır bədən xəsarətləri yetirib. Ə.Nağıyev xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla Bağlı Goranboy RPŞ-də araşdırmalar davam etdirilir. Qafqazinfo.az