Manşet

“Axıra qədər gedəcəyik, döyüşlər davam edir” – Ali baş komandan

“Axıra qədər gedəcəyik, döyüşlər davam edir” – Ali baş komandanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən dəfələrlə demişdim ki, sülh yolu ilə olmasa, biz torpaqlarımızı hərb yolu ilə alacağıq”.

7times.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Şuşanın işğaldan azad edildiyi haqda məlumat verərkən bildirib.

“Ermənistan torpaqlarımızı sülh yolu iləmi işğal edib? Mən bu məsələdə də sözümdə durdum. Biz artıq qələbəni qeyd edirik. İndiyə qədər 200-dən çox şəhər və qəsəbə işğaldan azad edilib. Bizim zəfər yürüşümüz davam edir. Hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, biz axıra qədər gedəcəyik. Ermənistan rəhbərliyi özünü alçalda-alçalda hərbi yardım istəyir. Bəs hanı sənin ordun? Yenilməz ordu Azərbaycan ordusudur!”-, deyə dövlət başçısı qeyd edib.