Ölkə

“AZAL”ın tenderində hamını “ofsayt”da saxlayan 3 ŞİRKƏT

“AZAL”ın tenderində hamını “ofsayt”da saxlayan 3 ŞİRKƏTbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, “Azərbaycan Hava Yolları” QSC – ti öz əməkdaşlarının 2022-ci il ərzində müəyyən olunmuş istiqamətlər üzrə avtobuslarla gündəlik işə/işdən daşınması xidmətlərinin satınalınması üzrə tender elan edib.

7times.az xəbər verir ki, tender elanı üzrə təkliflərin verilməsi üçün ayrılan müddəti bu gün, dekabrın 15-də, saat 11:00-da başa çatıb.

Bununla yanaşı, «AZAL» tender elanında elə şərtlər tətbiq edib ki, bu elan 1 il müddətində qüvvədə olsa da, onlara cavab verən şirkət tapmaq asan olmayacaq.

Qeyd edək ki, əməkdaşların daşınması ilə bağlı tender kifayət qədər iri həcmdə işləri əhatə edir – təklif ekdilən işlər qarşıdakı 1 il ərzində işçilərin Bakının müxtəlif ərazilərinə 48 istiqamətdə daşınmasını nəzərdə tutur. Bu mənada nəqliyyat şirkətlərinin tenderə marağı böyük olmalı idi. Amma məqsədli şəkildə qoyulan bəzi şərtlər əksər daşıma şirkətlərini tenderdən kənarda saxlayır.

Belə ki, tender şərtlərinə əsasən, təkliflərin qiymətləndirilməsi zamanı şirkətlərin fəaliyyət müddəti nəzərə alınacaq. İllik təcrübə 10 ilәdәk olduqda şirkət 2 bal, 10-15 il olduqda 4 bal, 15-ildәn artıq olduqda isə 5 bal qazanacaq.

Sual olunur: şirkətin 10 illik təcrübəsi ilə 15 il və ya daha artıq təcrübəsinin olması arasında hansı fərq var. Hətta 5 il əvvəl yaradılan sərnişin daşıma ilə aktiv məşğul olan şirkətlər də bu sahədə kifayət qədər təcrübəli sayıla bilər. Eləcə də 15 il əvvəl yaradılan şirkətlərin də bu sahədə keyfiyyətsiz xidmət göstərməyəcəyinə heç bir qarant yoxdur. Bu mənada AZAL-ın şirkət təcrübəsi ilə bağlı 10, 15 və daha artıq müddətlə bağlı şərtləri digər oyunçuları diqqətdən kənarda saxlamaq məqsədi daşıyır.

Digər əsas şərt hansı ki, bütün iştirakçıların qarşısını kəsir və tenderə yalnız «köhnə dostlar»ı buraxır: tender elanında ixtisars göstəriciləri ilə bağlı hissədə bildirilir ki, tenderə qatılmaq istəyən iddiaçıların digər hava yolları ilə iş təcrübəsi olmalıdır. Belə ki, tenderə o şirkət qatıla bilər ki, indiyədək azı 3 aviaşirkətlə iş təcrübəsi olsun.

Əgər bu şərt aeroport xidmətləri və ya hava nəqliyyatı üçün digər spesifik xidmətlərə aid olsaydı, tenderdəki bu şərti anlamaq olardı. Amma sadəcə Bakı ərazisində göstərilən və sərnişinlərin normal avtobuslarda daşınmasını nəzərdə tutan bu xidmətlərdə sözügedən şərtin qoyulması məntiqi cəhətdən anlaşılmazdır.

Əgər AZAL-ın daşınacaq əməkdaşları xüsusi geyimdə, məsələn kosmonatvlar kimi skafandırlarda olsaydı və onlar üçün avtobuslarda xüsusi yerlər tələb olunsaydı və ya onların daşınması üçün hermetik avtobuslar tələb olunsaydı bu şərtlərin vacibliyini anlamaq olardı.

Burada isə gündü bir neçə dəfə işçilərin əvvəlcədən nəzərdə tutalan  iki nöqtə arasında daşınması planlaşdırılır. Buna görə, nəqliyyat şirkətinə indiyədək azı 3 avia şirkətlə əməkdaşlıq barədə şərtin qoyulması məntiqsizdir.

Amma əsas məsələ qabaqdadır: hazırda Azərbğaycanda aktiv fəaliyyətdə olan cəmi 4-5 aviaşirkət mövcuddur. AZAL-ın apardığı siyasəti və hökumətin buna açıq-aşkar göz yumması səbəbindən ölkədə real özəl avişirkət demək olarp ki, mövcud deyil. Mövcud olanlar «AZAL», «Buta» və «SilkWay» şirkətləridir. Belə çıxır ki, AZAL-ın tenderində 3 şirkət şərtinə əməl edən şirkət hökmən indiyədək bu şirkətlərlə əməkdaşlıq etməli idi.

Ya da, bu tenderdə xarici ölkədən gələn və xaricdə başqa şirkətlərlə (azı 3 şirkətlə) əməkdaşlıq etmiş daşıma şirkət iştirak etməlidir (bu da inandırıcı deyil).

Bu şərtin qoyulması o deməkdir ki, «AZAL» bu tenderdə yalnız indiyədək onunla əməkdaşlıq etmiş şirkətlərin qalib gəlməsində maraqlıdır, tenderdə həmin şirktlərin qalib gəllməsinə  çalışır və tenderdə iddiaçılara qarşı nəzərdə tutulan tələblər də məhz həmin şirkətlərin göstəriciləri əsasında tətbiq edilib. Təbii ki, həmin göstəricilərə digər şirkətlərin cvab verməsi ehtimalı aşağıdır.

FED.az xatırladır ki, AZAL təkcə dövlət qurumları deyil, hətta özəl qurumlar arasında da ən qapalı, maliyyə məlumatlarını ictimaiyyətə açıqlamayan, hətta nümayişkəranə şəkildə gizlədən dövlət qurumudur. Fəaliyyət göstərdiyi  30 ilə yaxın müddətdə şirkətin illik hesabatı heç vaxt dərc edilməyib. Hətta dövlət qurumlarında islahatlarınr aparılması məqsədilə yaradılan İnvestisiya Holdinqinə daxil edilməsi də AZAL-da bu məsələ ilə bağlı şəffaflığı artırmayıb.

Azərbaycanda dövlət satınalmaları sahəsində son illər ciddi işlər aparıldığı bir vaxtda AZAL-ın tenderində belə məqsədli şərtlərin tətbiqi dövlət satınalmalarına cəlb olunan şirkətlərin əhatə dairəsini məhdudlaşdırmağın növbəti göstəricisidir.

Bu sahəyə nəzarət edən Antiinhisar Antiinhisar və İstehlak   Bazarına   Nəzarət   Dövlət   Xidməti məsələni araşdırmalı, tenderin indiki şərtlərlə keçirilməsinin qarşısını almalı və daha normal və məntiqli şərtlərlə keçirilməmini təmin etməlidir.