Aktual

AZAL-ın zərəri 1 milyard dolları ötdü: şirkət hər il ziyanla işləyir

AZAL-ın zərəri 1 milyard dolları ötdü: şirkət hər il ziyanla işləyirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) 2020-ci ilə dair maliyyə hesabatını açıqlayıb.
Sfera.az bildirir ki, hər il zərər edən AZAL pandemiyanın ilk ilini də zərərlə başa vurub. 2020-ci ildə AZAL-ın zərəri 76,415 milyon manat təşkil edib.
Müqayisə üçün xatırladaq ki, 2019-cu ildə şirkətin 78,77 milyon manat zərəri olmuşdu. AZAL pandemiya dövründə zərərini təxminən 2,3 milyon manat azalda bilib.
Lakin AZAL-ın zərərinin azalması heç də şirkətin gördüyü tədbirlərlə bağlı deyil. Hava yolları şirkəti ili ona görə nisbətən kiçik zərərlə başa vura bilib ki, dövlət büdcəsindən AZAL-a böyük məbləğdə subsidiya ayrılıb. 2020-ci ildə pandemiyaya görə ayrılan subsidiyanın məbləği 232,082 milyon manat olub. Əgər bu dəstək şirkətə verilməsəydi illik zərər 308,5 milyon manata yüksələcəkdi.
2020-ci ilə dair açıqlanan maliyyə hesabından aydın olur ki, şirkətin daşımalar və digər əməliyyatlar üzrə gəliri 1 milyard manatdan 335 milyon manata geriləyib. Sərişin və yük daşınmasının dəyərinin 3 dəfə azalmasına baxmayaraq şirkətin xərcləri 540 milyon manat olub. Nəticədə AZAl-ın 205 milyon manatlıq əməliyyat zərəri yaranıb. Bu zərəri aradan qaldırmaq üçün dövlət 232 milyon manat subsidiya ayrıb və bu subsidiyanın hesabına əməliyyat zərəri 27,17 milyon manatlıq əməliyyat gəliri ilə əvəzlənib.
Lakin maliyyə xərcləri və xarici valyuta mübadiləsi ilə əlaqədar 93,3 milyon manat əlavə zərər yaranıb. Bundan başqa 10,13 milyon manat mənfəət vergisi xərci də olub ki, bunların nəticəsində ümumilikdə 76,4 milyon manatdan çox zərər formalaşıb.

2020-ci ildəki zərər nəzərə alınmaqla AZAL-ın yığılmış zərərinin məbləği 1,764 milyard manata, yaxud 1,037 milyard dollara yüksəlib.