Ölkə

Azərbaycan hərbi komandanlığından erməni əsgərlərinə çağırış: Təslim olun

Azərbaycan hərbi komandanlığından erməni əsgərlərinə çağırış: Təslim olunbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan hərbi komandanlığı Ermənistan hərbi qulluqçularına, könüllülərə və Qarabağda yaşayan erməni mülki şəxslərə səslənib.

Çağırışı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov səsləndirib:

“Azərbaycan hərbi komandanlığı döyüşlər gedən istiqamətlərdəki dinc əhalini hərbi obyekt və infrastrukturdan uzaq durmağa çağırır, Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadılaraq ölkəmizin işğal olunmuş ərazilərinə gətirilmiş əsgər və könüllülərdən silahı yerə qoyub təslim olmağı təklif edir. Azərbaycan tərəfinə keçən mülki əhalinin təhlükəsizliyinin, qida, tibbi yardım və digər ehtiyaclarının təmin edilməsi üçün komandanlıq bütün müvafiq zəruri tədbirləri görməyə hazırdır.

Bundan əlavə, beynəlxalq humanitar hüquqa uyğun olaraq, hərbi əsirlərin və mülki şəxslərin bütün hüquqları qorunacaq və üçüncü dövlətlərə keçmək istəyənlərə beynəlxalq təşkilatlar vasitəsilə lazımi şərait yaradılacaq. Sonda onu da qeyd edim ki, Azərbaycan hərbçilərinə qarşı döyüşən erməni əsgərlərinin vaxt itirmədən silahı yerə qoyması və təslim olması məsləhətdir. Qələbə bizimlədir!”.