Ölkə

Azərbaycan ordusu ermənilərin SƏHVİNDƏN necə məharətlə istifadə edib? – Xaçın vadisində ŞOK ƏMƏLİYYAT

Azərbaycan ordusu ermənilərin SƏHVİNDƏN necə məharətlə istifadə edib? – Xaçın vadisində ŞOK ƏMƏLİYYATbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış erməni bloqçu hərbi məsələləri araşdıran Aram Gevorqyan Ermənistan ordusunun müharibədəki biabırçı taktikasında danışıb.

7Times.az xəbər verir ki, Gevorqyan Azərbaycanın təkcə “Smerç” silahlarını məhv etməklə İrəvana 48 milyon dollar zərər vurmasından gileylənib. O, fikirlərini peyk görüntülərindən aldığı məlumatlarla əsaslandırıb. Gevorqyan deyib ki, 44 günlük müharibə müddətində erməni hərbçilər “Smerç”lərin bütün partiyasını Xaçın çayının vadisində, Selsulanlı kəndi yaxınlığında saxlayıblar. Bu isə müharibə qanunlarına görə qeyri-peşəkarlıq sayılır.

““Smerç”lərin yerləşdiyi ərazinin peykdən çəkilmiş bütün fotoları məndə var. Belə aydın olur ki, müharibə vaxtı azərbaycanlılar üçün vurulmuş “Smerç”lərimizin həmin ərazidə bir-birindən bir neçə kilometr aralıda yerləşməsi sirr deyildi. Peyk məlumatları əsasında məlum olur ki, bizim “Smerç”imiz 13 oktyabr tarixlərində Yevlax istiqamətində, 17 oktyabrda isə Harop tərəfindən atəşə tutulur.Bunu sübut edən videolar da var. Hər halda xəbərdarlıq edilə bilərdi. Amma nəticədə bizimkilər eyni yerdən atəş açmağa davam edirdilər”.

Gevorqyan bildirib ki,“Smerç”dən ucuz olan “D-20” haubitsaları belə, atəşdən sonra dərhal yerlərini dəyişdirirlər. Amma “Smerç” isə əksinə eyni vadidə qalıb.

“Gələk oktyabrın 29-na. Bərdəyə atəş açmamızdan əvvəl qarşı tərəf artıq “Smerç”imizi hədəf seçdi. Onlar gözləyirdilər, bizimkilərdən biri atəş açan kimi bir neçə hücum ilə çox sayda raket sistemlərimizi məhv etsinlər. Ayın-17 də baş verən hadisə yenə təkrarlanıb. Növbəti uğursuzluq əvvəlki atış yerindən 2,5 kilometr aralıda baş verdi. Xatırladım ki, bir “Smerç”in qiyməti 12 milyon dollardır.Yəni ikinci “Smerç”in məhv edilməsi də bizimkilərin mövqeyini dəyişmir. Nəhayət növbəti gün, 30 oktyabr, “Smerç”imizin biri də gedir. Oktyabrın 30-da, daha bir “Smerç”imiz dünənki olay yerindən 2,2 km aralıda yenidən Bərdə istiqamətində açılan atəşlə məhv edilir.”

Erməni bloqçu qeyd edir ki, bütün bunları böyük ağrı hissə ilə yazsa da, itkilərin çox olması danılmazdır. O qeyd edir ki, 17 gün ərzində dövlətə 48 milyon dollar ziyan vurmaq yalnız müharibə imitasiyası yaradıb əslində yalnız xəyanət idi.

“Kim nə demək istəyirsə desin amma bu sui-qəsd idi, razılıq idi, ticarət idi, xəyanət idi, amma müharibə deyildi. Müharibələr belə olmur…”(metbuat.az)