Aktual

Azərbaycan ordusu hazırda Cermuk şəhərinin 4,5 kilometrliyindədir – Edvard Asryan

Azərbaycan ordusu hazırda Cermuk şəhərinin 4,5 kilometrliyindədir – Edvard Asryanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Azərbaycan silahlı birləşmələrinin dəstələri Cermuk şəhərinin girişinin 4,5 kilometrliyində yerləşir.

7Times.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bunu Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi səfirlərlə görüşdə deyib.

Onun sözlərinə görə, Ermənistandakı akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri Cermukdadırlar.

“Azərbaycanlılar Yuxarı Zağalı və Şorja istiqamətində 1,5 km, İşxanasər istiqamətində isə 0,5 km irəliləyiblər. Azərbaycan eni 8,5 kilometr, içəri 7,5 kilometrə qədər daxil olub”, – Baş Qərargah rəisi bildirib.