Aktual

Azərbaycan Rusiya hərbi təyyarələri üçün hava məkanını bağladı – Sensasiyalı iddia

Azərbaycan Rusiya hərbi təyyarələri üçün hava məkanını bağladı – Sensasiyalı iddiabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Rusiya hərbi təyyarələri üçün hava məkanının bağlayıb.

7Times.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə bir sıra sosial şəbəkə hesablarında paylaşımlar edilib.

“Twitter”dəki postlara əsasən, Türkiyənin ardınca qonşu Azərbaycan da öz hava məkanını Rusiya hərbi təyyarələri üçün bağlayıb.

Bu, Rusiya ilə Ermənistan arasında hərbi yüklərin daşınmasını pozmaq niyyətləri ilə bağlıdır.

“Azərbaycan öz hava məkanını Rusiya hərbi təyyarələri üçün bağlayıb. Nəticədə, Ermənistandan Rusiyaya hərbi yük daşıyan Rusiya hərbi təyyarələri Rostov-na-Dona yollanarkən İran və Xəzər dənizi üzərindən uçmağa məcbur olublar”, – deyə “Twitter” paylaşımlarından birində qeyd olunub.

Hələlik Azərbaycan və Rusiya rəsmi nümayəndələrindən bu barədə açıqlama yoxdur.