Gündəm

Azərbaycan saytları mənim bu fikrimi yayıb ki… – Paşinyan

Azərbaycan saytları mənim bu fikrimi yayıb ki… – Paşinyanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Emənistan və Azərbaycan arasında imzalanacaq sənəd yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Nikol Paşinyan sosial şəbəkə hesabında aksiyalara cavab olaraq qeyd edib.

“Əziz həmvətənlər, sizi manipulyasiyaya getməməyə səsləyirəm. Heç bir sənəd imzalanmayıb və imzalanmayacaq. Bu, ölkənin müqavimətini qırmaq üçün düşmən xarici qüvvələrin istiqamətləndirdiyi informasiya təxribatıdır”.

Qeyd edək ki, bundan öncə Paşinyan parlamentin iclasında sülh naminə üzərinə böyük məsuliyyət götürdüyünü bildirmişdi:

“Biz bu gün elə sülh müqaviləsi imzalaya bilmərik ki, bunun nəticəsində 6 ildən sonra yeni müharibə olsun. Biz bir sənəd imzalamaq istəyirik ki, bunun nəticəsində çoxları bizi qınayacaq, çoxları söyəcək, çoxları bizə “satqın” deyəcək, hətta xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gələ bilər. Nəticədə, 29,8 min kvadrat kilometr əraziyə malik Ermənistan davamlı sülh və təhlükəsizlik əldə edərsə, biz daha da məmnun olacağıq. Bunu təmin edəcək qərarı, çox açıq deyirəm, imzalayacağam. Məni başıma nə gələcəyi maraqlandırmır, məni Ermənistanın başına nə gələcəyi düşündürür”.

Paşinyan daha sonra canlı yayıma çıxaraq, niyə belə dediyini izah edib:

“Niyə mən bu haqda danışdım? Bu gün Ermənistana təcavüz edilir. Biz deyirik ki, ərazi bütövlüyü müzakirə olunmur. Bizə deyirlər, “dəhliz”! Biz deyirik, Ermənistan ərazisindən dəhliz verməyəcəyik. Biz ərazi bütövlüyünü hər hansı şəkildə şübhə altına qoyan sənədə imza atmayacağıq. Bu gün sərhəddən əsgərlər zəng edirlər ki, düzdür ki, sənədə imza atılıb, yəni sərhədi qorumayaq? Mənə deyirlər ki, Azərbaycan saytları belə başlıqlarla çıxışımı yayıb. Biz deyirik ki, kompleks həllə hazırıq. Bizim vətənimiz müqəddəsdən də artıqdır, o, müzakirə edilmir”.

O bir daha vurğulayıb ki, nə sənəd var, nə layihə:

“Əgər müzakirələrin gedişində sənəd hazırlansa, o sənəd bizim arzuladığımız olmasa da, ancaq analizdən sonra hesab etsək ki, o, Ermənistanın uzunmüddətli təhlükəsizliyini və sülhü təmin edir, biz bu istiqamətdə davam edəcəyik. Xalq deyəcək, niyə belə sənəd imzaladınız, amma fakt odur ki, o, Ermənistanın yaxın 100 ildə təhlükəsizliyini və sülhü təmin edəcək. Qərar yalnız bizim xeyrimizə olmamalıdır. 2018-ci ildə də demişdim, qərar hər kəs üçün xeyirli olmalıdır ki, davamlı olsun”.

Qeyd edək ki, Paşinyanın parlamentdəki çıxışından sonra aksiya başlayıb.