Hərbi

“Azərbaycan Türkiyədən insansız hərbi maşın almaq istəyir” – “HAVELSAN” rəsmisi

“Azərbaycan Türkiyədən insansız hərbi maşın almaq istəyir” – “HAVELSAN” rəsmisibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Türkiyədən “Barkan” adlı insansız hərbi maşın almaq niyyətindədir.

7Times.az  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı sözügedən hərbi texnikanı istehsal edən “HAVELSAN” şirkətinin İdarə Heyətinin sədri Hacı Ali Mantar açıqlayıb.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri artıq bir neçə “Barkan” ilə təmin edilib. “Barkan”ın xarici ölkələrə satışına gəldikdə isə Mantar qeyd edib ki, hazırda Azərbaycan, Ukrayna, Pakistan, Qətər və s. digər ölkələrlə danışıqlar aparılır.

O bildirib ki, “Barkan” 5-6 ay əvvəl istifadəyə verilib.