“Ümid edirik ki, yaxın zamanda Azərbaycana turizm axını artacaq”.
Sfera.az xəbər verir ki, bunu Turizm Nazirlərinin İslam konfransının XI sessiyasında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib:“Azərbaycan 30 il işğal altında olub. İƏT üzvləri isə bu istiqmətdə ciddi dəstək göstərib. Çox təəssüf ki, işğal altında olan şəhərlər dağıdılıb və xarabalığa çevrilib. Hazırda o torpaqlarda böyük işlər görülməkdədir. Ölkədə turizmin bu istiqamətdə bərqərar edilməsi üçün işlər görülür. Biz Azərbaycan ən gözəl turizm destinasiyasına çevirmək istəyirik”.
Follow @7timesaz