Ölkə

Azərbaycanda 108 nəfər COVID-19-a yoluxub, dünyasını dəyişən də var

Azərbaycanda 108 nəfər COVID-19-a yoluxub, dünyasını dəyişən də varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 137 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 40 min 561 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 38 min 354 nəfər müalicə olunaraq sağalıb, 595 nəfər vəfat edib. Aktiv xəstə sayı 1612 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 132 min 327 test aparılıb. Bugünkü test sayı isə 5789-dur.