Ölkə

Azərbaycanda Ailə Nazirliyi yaradılsın – Deputat

Azərbaycanda Ailə Nazirliyi yaradılsın – Deputatbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ailə institutu yeganə sahədir ki, nə qədər inkişaf etsə də problemlər olur”.

7Times.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Azərbaycan ailə modelinin inkişaf strategiyası” adlı konfransda deyib.

B.Muradova Azərbaycanda 2007-ci ildən “Ailə günü”nün qeyd edildiyini xatırladıb:

“Bu istiqamətdə beynəlxalq təşkilatların üzərimizə qoyduğu tələblər yerinə yetirilir və milli qanunvericilik təkmilləşdirilir. Məqsəd çətin vəziyyətdə olan ailələrin sayını azaltmağa çalışmaqdır. Qarşıda duran missiya qəlizdir-urbanizasiya və ailə, kəndlərdə ailə münasibətləri və s.

Tədbirdə Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc qeyd edib ki, televiziya verilişlərində Azərbaycanın ailə dəyərlərinə xas olmayan anti-sosial ideyaların nümayişi artıb:

“Dövlətin ailə strategiyasının hazırlanması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Nazirliyinə çevrilməsini istəyərdik”.