Ölkə

Azərbaycanda atom enerjisi hansı sahədə istifadə olunur? – AÇIQLAMA

Azərbaycanda atom enerjisi hansı sahədə istifadə olunur? – AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda atom elektrik stansiyasının tikilməsinə hələlik zərurət yoxdur”.

Bunu Bizim.Media-ya açıqlamasında Radiasiya Problemləri İnstitutunun əməkdaşı Elimxan Cəfərov ölkəmizdə nüvə sənayesi, atom elektrik stansiyasının tikilməsinin gündəmdə olub-olmadığına aydınlıq gətirərkən deyib:

“Atom enerjisindən ölkəmizdə yalnız dinc məqsədlərlə istifadə olunur. Bu enerjidən kənd təsərrüfatında istifadə edilir. Kənd təsərrüfatında radiasiya texnologiyalarından istifadə etməklə yeni bitki sortlarının alınması yolunda tədqiqat işləri aparılır. Amma atom elektrik stansiyasının tikilməsi hələlik ölkəmizdə gündəmdə deyil”.

MÖVZU İLƏ BAĞLI:

Rusiya və Azərbaycan atom enerjisi ilə bağlı ƏMƏKDAŞLIQ EDƏCƏK

Həmsöhbətimiz düşünür ki, Azərbaycan daha çox alternativ enerji mənbələrinə üstünlük verməlidir:

“Bir neçə ay əvvəl Azərbaycanla Səudiyyə Ərəbistanı arasında alternativ enerji mənbələrindən istifadə barədə müqavilə imzalandı. Bu da onu göstərir ki, hazırda Azərbaycan daha çox alternativ enerji mənbələrindən istifadəyə daha çox üstünlük verir. Azərbaycanın kifayət qədər günəş, külək enerji potensialı var. Həmin alternativ enerji mənbələrindən istifadə Azərbaycan üçün daha faydalıdır, nəinki atom elektrik stansiyasının tikilməsi. Buna da önəm verilir.

Ölkəmizdə atom elektrik stansiyasının tikilməsi məsələsi hələlik ancaq fikir səviyyəsində gündəmə gətirilib. Bu istiqamətdə konkret addımlar isə atılmayıb, hər hansı bir iş də aparılmır. Azərbaycanın su enerjisi də kifayət qədərdir”.