Kriminal

Şabranda bələdiyyə sədrinə cinayət işi açıldı

Şabranda bələdiyyə sədrinə cinayət işi açıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şabran rayon Pirəbədil bələdiyyəsinin sabiq sədri Nuriyev Cəmaləddin Müzəfəddin oğluna cinayət işi açılıb. 

7times.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, işə Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar İsmayılovun sədrliyi ilə baxılacaq.

Məhkəmə prosesində Şabran rayon Pirəbədil bələdiyyəsi zərərçəkmiş şəxs qismində çıxış edəcək.

Bələdiyyə sədrinə Cinayət Məcəlləsinin 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.