Ölkə

Azərbaycanda bu sahədə çalışan qadınlar 2202 manat maaş ALIR – STATİSTİKA

Azərbaycanda bu sahədə çalışan qadınlar 2202 manat maaş ALIR – STATİSTİKAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ildə Azərbaycanda muzdla (maaşla) çalışan qadın işçilərin ortaaylıq maaşı 552 manat olub. 

7Times.az rəsmi statistikaya istinadən xəbər verir ki, qadınların aldığı orta əməkhaqqı dövlət müəssisə və təşkilatlarında 532,2 manat, qeyri-dövlət sektorunda 601,2 manat təşkil edib.

Qeyd edək ki, bu məbləğə maaşdan tutulan vergi və digər icbari ödənişlər də daxildir.

Qadınlar ən yüksək əməkhaqqını mədənçıxarma sənayesində alır. Burada orta maaş 2202 manatdır.

Maliyyə və sığorta sahəsində (1320 manat), informasiya və rabitə sahəsində (929 manat) də maaşlar nisbətən yüksəkdir.

Qadınlar ən aşağı maaşı inzibati vә yardımçı xidmәtlәrin göstәrilmәsi sahəsində (354 manat), kənd təsərrüfatında (395 manat) alır.