Aktual

Azərbaycanda əhali ən çox bu xəstəliklərdən əziyyət çəkir

Azərbaycanda əhali ən çox bu xəstəliklərdən əziyyət çəkirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il Azərbycanda qeydə alınmış xəstəliklər arasında tənəffüs, bəzi infeksion və parazitar xəstəlikləri, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, göz və gözün əlavə aparatının xəstəlikləri eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib.

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, yoluxucu xəstəliklərin profilaktikası və qarşısının alınması məqsədilə inkişaf etmiş Avropa ölkələrində olduğu kimi uşaqlara 11 xəstəliyə qarşı müasir vaksinlərlə peyvənd edilib.

Bunun nəticəsi olaraq ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunub.

Qeyd edək ki, 2021-ci ildə də Azərbaycanda bənzər xəstəliklər üstünlük təşkil edib. Belə ki, 2021-ci ildə qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, bəzi infeksion və parazitar xəstəlikləri, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib.