Ölkə

Azərbaycanda hər beş nəfərdən biri artıq çəkidən əziyyət çəkir – RƏSMİ

Azərbaycanda hər beş nəfərdən biri artıq çəkidən əziyyət çəkir – RƏSMİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda da artıq çəki kifayət qədər ciddi problemə çevrilir və bu, bir çox xəstəliklərin yaranmasına səbəb olur. Artıq çəki bir çox xəstəliklərə səbəb olur. Ölkədə 2 milyona yaxın insan bundan əziyyət çəkir ki, bu da əhalinin 20 %-ni təşkil edir (hər beş nəfərdən biri)”.

“Report” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “Sağlam çəkiyə doğru” layihəsinin təqdimatında çıxışı zamanı deyib.

O xatırladıb ki, əgər 2020-ci ildə ölkədə şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin sayı 250 min idisə, ötən il bu rəqəm 310 minə yaxınlaşıb:

“Nəzərə almaq lazımdır ki, bu say hələ qeydiyyatda olan xəstələrin sayıdır. Artıq çəkinin qarşısını almaq mümkündür”.