Ölkə

Azərbaycanda iki polis narkotikə görə həbs edilib? – AÇIQLAMA

Azərbaycanda iki polis narkotikə görə həbs edilib? – AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi xəbər saytlarında Quba rayon ərazisində narkotik maddə plantasiyası zamanı saxlanılan iki polis əməkdaşının saxlanıldığı iddia edilib.

Bildirilib ki, narkotik maddələri əkib becərən Quba Rayon Polis Şöbəsinin əməkdaşları – Sadiq Pənahov və Samir Abdulmanafov həbs ediliblər.

Busaat.az xəbər verir ki, məsələ ilə əlaqədar DİN-in mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov “oxu.az”a açıqlamasında bildirib ki, yayılan məlumatlar düzgün deyil:

“Bəzi xəbər saytlarında Qubada narkotiklərlə mübarizə tədbirləri ilə əlaqədar keçirilən əməliyyat tədbiri zamanı iki nəfər polis əməkdaşının həbs edilməsi barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir.

Qeyd edim ki, həmin yazıda adı çəkilən şəxslər bir müddət əvvəl öz istəklərinə əsasən daxili işlər orqanlarından tərxis olunublar”.