Aktual

“Azərbaycanda kifayət qədər boş iş yeri var” – Məleykə Abbaszadə

“Azərbaycanda kifayət qədər boş iş yeri var” – Məleykə Abbaszadəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda kifayət qədər işaxtaran və boş iş yerləri var. Lakin mövcud vakansiyalar dolmur və insanlar işsiz qalır”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Sədrin sözlərinə görə, bu gün ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin məzunlarının az qismi əmək bazarında olan tələbləri ödəyə bilirlər: “Çünki onların bilikləri daha çox nəzəri xarakter daşıyır. Diplomu olanlar işə girə bilmir, amma ali təhsili olmayanlar iş tapır. Bununla da əmək bazarıda diplomlu işçi qüvvəsinin sayı artırmış olur. Ona görə də universitetlərdə biliklər bazarın tələblərinə uyğun olaraq təkmilləşdirilməlidir”.