Ölkə

“Azərbaycanda peyvənd pasportunun tələbi yersizdir” – HƏKİM

“Azərbaycanda peyvənd pasportunun tələbi yersizdir” – HƏKİMbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda hələ də ticarət mərkəzlərinə və bəzi qapalı məkanlara girişdə peyvənd pasportu, immunitet sertifikatı və ya əks-göstəriş sertifikatı tələbi qüvvədədir.

Baxmayaraq ki, Azərbaycanda pandemiya ilə bağlı epidemioloji durum stabilləşib və ölkəmiz üçün virus dövrü bitib Pandemiya təcrübəsi bizə davranışları öyrədib və hazırda ölkəmizdə “COVİD-19 pandemiyası yoxdur.

Artıq pandemiya ilə əlaqədar bir çox ölkələrə giriş zamanı tətbiq olunan məhdudiyyət və tələblərin də aradan qaldırıldığını müşahidə edirik. Azərbaycanda isə quru sərhədlərlə bağlı məhdidiyyət və peyvənd sertifikatının tələbi qüvvədə qalır.

Koronavirus epoxasının bitdiyi bir dövrdə peyvənd pasportunun tələbi doğrudurmu?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan radioloq-həkim Aydın Əliyev hesab edir ki, Azərbaycanda vaksin tətbiqi və serifikatının tələbi  birmənalı şəkildə ləğv edilməlidir:

“Peyvənd pasportuna qətiyyən ehtiyac yoxdur. Pandemiya artıq bitib və yekunlaşıb. Bu səbəbdən Azərbaycanda peyvənd sertifikatı tələbi yersizdir. Bunun bir neçə səbəbi var. Artıq yetəri qədər əhali kütləsi peyvəndlənib. Digər tərəfdən təxminən 2-3 milyon insan yoluxub sağalıb və təbii immunitet əldə edib.

Başqa bir tərəfdən virus dəfələrlə mutasiyaya uğrayaraq, zəifləyib və ağır xəstəlik yaratma, eləcə də öldürücülük qabiliyyəti sıfırdır. Ona görə də insanları məcburi peyvənd etdirməyə və sertifikat tələb etməyə heç bir əsas yoxdur. COVID 19-la bağlı peyvəndləmə artıq aktuallığını itirib”.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın 2021-ci il 1 oktyabr tarixindən etibarən qüvvəyə minən qərarına əsasən, ticarət mərkəzlərinə və digər qapalı məkanlara hər 3 dozanın qəbulunu əks etdirən vaksin sertifikatı, immunitet sertifikatı və ya əks-göstəriş sertifikatı ilə daxil olmaq tələbi qüvvədədir.