Ölkə

Azərbaycanda vəziyyət nəzarət altındadır – TƏBİB rəsmisi

Azərbaycanda vəziyyət nəzarət altındadır – TƏBİB rəsmisibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ildən başlayan pandemiya bütün dünyada davam edir. Bəzi ölkələrdə xəstə sayı artmaqda davam edir. Dünyada yoluxanların sayı 168 milyonu, ölənlərin sayı 3 milyonu ötüb.

7times.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) departament müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva qeyd edib ki, Azərbaycanda  vəziyyət sabitləşib, xəstə sayı və yoluxma kifayət qədər azalıb:

“Aprelin ortasından başlayaraq, yoluxma faizi 4-5 faizə qədər enib. Ümumi statistik göstəricilər dəyişməyib, yenə də qadınlar arasında kişilərə nisbətən yoluxma çoxdur. Ən çox yoluxmalar 30-69 yaş arasındadır”.

Onun sözlərinə görə ən çox yoluxma Bakı, Abşeron, Sumqayıtdadır:

“Ötən illə müqayisədə rayonlarda vəziyyət çox yaxşıdır”.

Y. Qarayeva deyib ki, vaksinasiya prosesinin sürətlənməsi pandemiya ilə mübarizədə mühüm rol oynayır:

“Vaksin ehtiyatımız da kifayət qədərdir ki, bununla da vətəndaşlarımıza istənilən peyvəndi seçmək imkanı verilir”.