Ölkə

Azərbaycanda yeni dövlət universiteti YARADILIR

Azərbaycanda yeni dövlət universiteti YARADILIRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının bazazında Şəki Dövlət Universitetinin yaradılması məqsədilə aidiyyəti üzrə müraciət edilib.

7times.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, hazırda ADPU-nun Şəki filialında 8 ixtisas üzrə kadr hazırlığı aparılır. Hər il filiala müxtəlif ixtisaslar üzrə təxminən 270-280 tələbə qəbul olunur, ümumilikdə isə filialda 1000-ə yaxın tələbə təhsil alır.

Qeyd edək ki, hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.