Manşet

Azərbaycanda yoluxanlar artdı – ölənlər də var

Azərbaycanda yoluxanlar artdı – ölənlər də varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 57 yeni yoluxma faktı qeydə alınıb, 84 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7times.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 335625 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 329794 nəfər müalicə olunaraq sağalıb, 4965 nəfər vəfat edib, aktiv xəstə sayı 866 nəfərdir.

Ölkədə son sutka ərzində 7948, hazırkı dövrədək isə 3698172  test aparılıb.